Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri daha bir  təlimin iştirakçısı olublar.

"Unikal" xəbər verir  ki, universitetin “Karyera və Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilən “Dövlət qulluğu bizə nə vəd edir?”mövzusuna həsr olunan təlimdə Oxu Tədris Mərkəzinin “qanunvericilik” üzrə təlimçisi Əsəd Rüstəmli dövlət qullugu, qanunvericilik sahəsi, dövlət qulluğuna qəbulun başlıca prosedurları və s. məsələlərə aydınlıq gətirib.

Təlim sual-cavabla başa çatıb. “Dövlət qulluğu bizə nə vəd edir?”mövzusuna həsr olunan təlimdə universitetin Karyera və Kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, mütəxəssisi Lalə Qafarova, TGT sədri Samir Abdullayev və tələbələr yaxından iştirak ediblər.