Livan parlamentində səlahiyyət müddəti oktyabrın 31-də başa çatan prezident Mişel Aunun varisinin seçilməsi üçün keçirilən iclasda 128 deputatdan 111-i iştirak edib.

"Unikal" xəbər verir ki,  14-cü prezidentin seçilməsi üçün keçirilən Assambleyanın 8-ci sessiyasında heç bir namizəd kifayət qədər səs toplaya bilməyib.

Mişel Müəvvəd 37, İsam Xəlifə 4, Ziyad Barud 2, Bişara Ebu Yunus 1 və Bedri Zahir 1 səs aldığı halda, 66 səs etibarsız sayılıb.

Müvafiq olaraq, heç bir namizəd prezident seçilmək üçün tələb olunan 2/3 səs çoxluğunu əldə edə bilməyib. 

Parlamentin sədri Nebih Berri iclasdan sonra verdiyi açıqlamada yeni prezidentin seçilməsi üçün 9-cu iclasın dekabrın 8-də keçiriləcəyini bildirib.