Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) müayinə və maarifləndirmə tədbiri keçirib.
"Unikal" xəbər verir ki, insan sağlamlığına təhlükə sayilan İmmun çatışmazlığı Virusunun (İİV) yayılması təhlükəsinin qarşısını almaq və tələbələri sağlam həyat tərzi barədə məlumatlandırmaq məqsədilə Universitetdə təşkil olunan maariflədirmə tədbirində təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə (Qarşılıqlı İmmun Çatışmazlığı Sindromu) bağlı xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinə və müalicəsi kimi məsələlərə aydınlıq gətirilib. İİV testindən keçmənin könüllü olduğu diqqətə çatdırılıb.
“Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində ATMU-da keçirilən maarifləndirmə tədbirində iştirakçılara Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən nəşr olunan İİV/QİÇS-ə aid xüsusi broşurlar, bukletlər təqdim edilib.