Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi toplantısı dekabrın sonunda Sankt-Peterburqda baş tutacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.
"Müəyyən edilmiş ənənəyə uyğun olaraq, MDB dövlət başçılarının ilin sonu dostluq toplantısı dekabrda Sankt-Peterburqda baş tutacaq", - Uşakov bildirib.
Ötən il dekabrın 28-də MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi iclasında Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev iştirak ediblər.
Gültəkin Ələsgər