İyunun 15-də saat 23 radələrində Mingəçevir şəhərində “Renault” markalı avtomobil yolun kənarında dayanan asfaltqazan texnikaya çırpılıb. 

"Unikal" xəbər verir ki, nəticədə “Renault”da olan  sərnişin, 1972-ci il təvəllüdlü Müşviq Mövsümov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusüna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

*** 23:34

Mingəçevirdə ağır yol qəzası olub.

"Unikal"ın məlumatına görə hadisə, Heydər Əliyev prospektində, Yüksək Texnologiyalar Parkı yaxınlığında baş verib. Minik avtomobilinin betonqarışdıran yük maşınına çırpılması nəticəsində ilkin məlumata görə, bir kişi ölüb, iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov