Ağzıbir Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Unikal"a bildirib ki, araşdırma zamanı brakonyerlərin Şabran rayon sakinləri Taleh Şərifov və Xalid Hacıəliyev olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.