Hacıqabulda avtomobil qəzasında ölənin şəxsiyyəti məlum olub.

"Unikal"  xəbər verir ki, dünyasını dəyişən şəxs Hacıqabul rayon sakini, 1971-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğludur.

20:35

Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində ölümlə nəticələnin qəza baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, Pirsaat kəndi ərazisində “KamAz” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “Lada”nın sərnişini hadisə yerində keçinib. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.