Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 252 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 78, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 107, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların 24 sayı nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 925 954, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 955, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 717, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 052, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 230 nəfər təşkil edir.