Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 19 il keçir.
"Unikal"ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov, Fövqəladə hallar Naziri Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov, deputatlar Mahir Ababszadə, Ağalar Vəliyev, Cavid Osmanov, Elman Nəsirov, Şahin İsmayılov və başqaları Fəxri Xiyabana gəliblər.
Hazırda insanların Fəxri xiyabana axını davam edir.
Foto: Ayxan Məlikov
Müxbir: Anar Kəlbiyev