Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Manuel Carlos Montenegro Da Cruz Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) qonaq olub.
"Unikal" xəbər verir ki, böyük elçi rektor İlham Mədətov tərəfindən səmimi qarşılandığına, universitetin tarixinə, o cümlədən tədris-təlim prosesi və beynəlxalq əlaqələrin inkişaf dinamikasına dair ətraflı məlumat almaq imkanı əldə etdiyinə görə təşəkkürünü bildirib. Söhbət əsnasında təhsil və turizm sahəsində mövcud əlaqələrin inkişafına istiqamətlənən təkliflərin müzakirəsi birmənalı olaraq diqqətdə saxlanılıb.
Cənab səfir Manuel Carlos Montenegro Da Cruzun ATMU-ya ziyarəti çərçivəsində Braziliyanın turizm potensialına dair təqdimatı turizm ixtisası üzrə təhsil alan tələbələr tərəfindən maraqla qarşılanıb. Cənab səfir tələbələrin suallarını cavablandırıb,onlarla xatirə şəkli çəkdirib.