Brüssel gələn həftə başa çatacaq Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının mandatını uzatmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Cozef Borrell bəyan edib.
Onun sözlərinə görə, belə bir qərar Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə qəbul edilib. Avropa İttifaqına üzv dövlətlər bu gün Brüsseldə toplandı.
Borelin fikrincə missiyanın işi “səmərəli” olub, lakin o, missiyanın müddətinin uzadılmamasının səbəbləri barədə danışmayıb, sadəcə qeyd edib ki, “həm Ermənistan, həm də Azərbaycanla razılaşmaya əsasən” missiya başa çatmalıdır.
“Buna baxmayaraq, Ermənistan və Azərbaycan arasında dialoqun vasitəçisi kimi reputasiyamızı qorumaq üçün gələn il belə bir razılaşma əldə olunarsa, mülki missiyanın mümkün yerləşdirilməsini planlaşdırmaq üçün Ermənistana qrup göndəriləcək”, - Borel bildirib.
Gültəkin Ələsgər