Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.
"Unikal" xəbər verir ki, aksiyaçılar “Ekoloji terrora son!”, “Qanunsuz istismara son!” şüarları səsləndirərək, ermənilərin təbii sərvətlərimizi talamasına etiraz edirlər.
Etirazçılar şüarlarla yanaşı, Azərbaycan himnini səsləndiriblər.
Aksiya iştirakçıları havanın soyuq olmasına baxmayaraq, yenidən ərazidə gecələməyə qərar verdiklərini bildiriblər.