Bakıda qanunsuz inşa olunan obyektlər sökülüb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş tədbirlər nəticəsində aşkar olunmuş pozuntuların aradan qaldırılmaması səbəbindən Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsində yerləşən vətəndaşlar Tariel İdrisov və Natiq Hacıyevə, həmin rayonun Rasim Muxtarov küçəsində yerləşən vətəndaş Cəmilə Səfərəliyevaya məxsus qanunsuz inşa olunan obyektlərin söküntüsünə başlanılıb.