Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə təbii qazın Azərbaycan tərəfindən kəsilməsi ilə bağlı açıqlamalar feykdir.
"Unikal" apa-ya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
O, “Azəriqaz”ın bununla bağlı açıqlama yaydığını xatırladıb.
“Problem varsa, araşdırılmalı və qarşısı alınmalıdır. Azərbaycan tərəfi problem yaratmayıb. Hava şəraiti sərt keçən digər ərazilərimizdə də qaz təchizatı ilə bağlı problem yaşanıb. Bu, yeni hal deyil. Əgər yerli əhali ilə dövlət qurumları arasında əlaqə olsa idi, məsələ vaxtında həll olunardı. İndi onlar dramatizmi artırmaq üçün Azərbaycan tərəfi ilə ünsiyyətdən yayınırlar”, - nazir vurğulayıb.