Bəzi qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyil.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, qarşı tərəfə çağırışlar olunmalı, ciddi xəbərdarlıq edilməli və təxribatlara son qoyulmalıdır: “Bu yolla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan tərəfinin mövqeyi konstruktiv və ədalətlidir. Azərbaycanın qanunları çərçivəsində və Azərbaycanın suverenliyinə hörmət çərçivəsində bütün məsələlər həll edilməlidir, həll oluna bilər və həll olunacaq”.
XİN rəhbəri qeyd edib ki, kənardan gəlmiş bir şəxsin Azərbaycan ərazilərində yaşayan etnik ermənilərə müraciət etmək haqqı yoxdur.
“Etnik ermənilərin Azərbaycan qanunları çərçivəsində bu ərazilərdə yaşamaq haqları var və Azərbaycan dövləti bunu tanıyır”, - nazir əlavə edib.