"Azərbaycan ərazisi vahid, bölünməz və toxunulmazdır. Qarabağda qanunsuz baş verən hadisələri işıqlandırmaq üçün etiraz aksiyası keçirilə bilər. Bu məsələ Azərbaycanın daxili işidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib. Deputat bildirib ki, xarici ölkələrin, xüsusilə, erməni havadarlarının lazımsız səs-küy qaldırmasını rədd edirik:
"Laçın yolu son zamanlar qanunsuz silahların daşınması, qruplaşmaların istifadəsi baxımından vasitəyə çevrilib. Bütün bu sui-istifadə hallarına son qoyulmalıdır. Azərbaycan Ermənistan sərhəddində bu kimi halların qarşısını almaq üçün müvafiq gömrük-sərhəd keçid postları qurulmalıdır”.
Deputat qeyd edib ki, müharibədə qazanılan qələbədən sonra bir çox vətəndaşlarımız mina partlayışından həlak olub:
"Bu işə son qoyulmalıdr. Fransa, Yunanıstan və Ermənistana yaxın olar ölkələr haqsız yerə Azərbaycanı qınayırlar. Belə iddia ortaya atırlar ki, guya, Azərbaycan Qarabağda yaşayan erməniləri qazsız qoyub. Belə fikrimiz olsa idi bunu indi yox, məhz 10 noyabr aktını imzyalayan vaxt edərdik. Hələ ki, Qarabağın bütün qaz, enerji infrastrukturu ölkəmizin qaz şəbəkəsinə qoşulmayıb. Ona görə də burada erməni təxribat maşınının istehsal etdiyi fikriləri qəbul etmirik və qəti şəkildə qınayırıq".
Anar Kəlbiyev