"Biz təkcə Qarabağ İqtisadi Rayonunda 150 minə yaxın iş yeri yaratmağı planlaşdırırıq ki, bu da şübhəsiz ki, ölkənin ÜDM-də daha yüksək artıma töhfə verəcək".
"Unikal" apa-ya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Falehin başçılıq etdiyi nümayəndə heyətinin Zəngilana səfəri çərçivəsində keçirilən tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
"Biz 190 hektar ərazidə Ağdam Sənaye Parkı tikirik, burada bütün sakinlər bütün lazımi kommunal xidmətlərlə təmin olunacaqlar. Artıq bir neçə sakinimiz var. Sakinlər 10 il müddətinə ƏDV və Gömrük Vergisi istisnaları kimi bir sıra güzəştlərdən yararlanacaqlar"- E.Hüseynov əlavə edib.