İsrail hökumətində ixtilaf
02:29 06-04-2012
DÜNYA
İsrail hökumətində ixtilaf
Ehud Barak baş nazirin göstərişinə rəğmən yəhudilərin köçürülməsinə əmr verdi
İsrail hökumətində Fələstin torpağında salınmış qanunsuz Hebron qəsəbəsi ətrafında ixtilaf yaranıb. Qəsəbə siyasətini dəstəkləyən baş nazir Benyamin Netanyahu qanunsuz sakinlərin çıxarılmasına dair İsrail məhkəmə qərarını müvəqqəti təxirə salsa da dünən, müdafiə naziri Ehud Barakın göstərişi ilə binalardan qanunsuz sakinlərin çıxarılmasına başlanılıb.
Yüzlərlə polis tikililəri zəncirvari şəkildə əhatəyə alaraq, insanları könüllü şəkildə evləri tərk etməyə çağırıb. Yaxınlıqda olan sakinlər binada 70-ə yaxın qanunsuz sakinin yaşadığını desə də, binadan uşaqlar da daxil olmaqla 15 nəfər çıxarılıb. Sakinlərin əməliyyat zamanı müqavimət göstərmədiyi bildirilir.
İsrailin zəbt siyasətini dəstəkləyən yəhudilər baş nazirin çıxarılma əməliyyatına biganə qalmasını pisləyib. Ehud Barak məsələylə bağlı keçirdiyi iclasda, hər şeyə rəğmən, bundan sonra da qanunu ali tutmağa davam edəcəyini bildirib. "...yaxın günlərdə qanunsuz yolla yaşayış binasına köçmüş sakinlərin hüquqi qaydada köçürülməsinə dair əmr verdim. Biz bütün İsrail dövləti vətəndaşları üçün qanunun aliliyini və hökumət səlahiyyətlərini təmin etməkdə qətiyyətliyik. Pozuntuya gəldikdə, hər şey tezliklə qaydasına salınacaq", deyə E. Barak bildirib. Hələlik sakinlərin mənzilləri hansı yolla aldıqları açıqlanmasa da, onların ordunun icazəsi olmadan Qərb Sahilində məskunlaşması ilə İsrail qanununu pozmuş olması dəqiqdir.
Qeyd edək ki, İsrailin qanunsuz Hebron enklavında 850-ə yaxın yəhudi yaşayır. Hebron sakinlərinin çoxu İsrail məhkəməsinin bu yaxınlarda çıxardığı köçürülmə qərarının əleyhinə olaraq, bu torpaqların Tanrı tərəfindən yəhudilərə vəd olunduğunu iddia edir.
Digər Xəbərlər
2024-11-21 20:07:15
2024-11-21 19:59:16
2024-11-21 18:55:01
2024-11-21 17:07:17
2024-11-21 16:39:40
2024-11-21 16:16:16
2024-11-21 15:49:06
2024-11-21 15:18:08
2024-11-21 14:42:00
2024-11-21 14:40:35
2024-11-21 13:59:36
2024-11-21 13:53:25
2024-11-21 13:52:03
2024-11-21 13:45:05
2024-11-21 13:32:12
2024-11-21 13:18:08
2024-11-21 13:03:33
2024-11-21 13:03:09
2024-11-21 12:22:12
2024-11-21 11:43:03