"Ermənistan-Azərbaycan sərhədində düşünülməmiş addımlar bir neçə dövlətin iştirak etdiyi regional müharibənin alovlanmasına gətirib çıxara bilər".
"Unikal" xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas telekörpü zamanı deyib.
KTMT-nin “Ermənistanı tərk etmək istəməsi” fikrini şərh edən Zas onunla razılaşmayıb: “Əlbəttə, yox. Bu il baş verən hadisələr buna sübutdur. Dövlət başçıları üç dəfə görüşüb və sərhəddəki vəziyyəti müzakirə ediblər. Sərhədə KTMT missiyası göndərilib. Ermənistana yardımın göstərilməsi ilə bağlı tədbirlər haqqında qərar layihəsi hazırlanıb. Bütün lazımi addımlar atılıb”.
Baş katib xatırladıb ki, o, missiyanın bir hissəsidir.
“Bəziləri, hətta yüksək rütbəli məmurlar belə fikirlər səsləndiriblər ki, niyə onlar "işğalın" aradan qaldırılmasına kömək etməyiblər... bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlanmasına qədər bu cür addımların mümkün nəticələrini başa düşməlisiniz”, - Zas xəbərdarlıq edib.
Eyni zamanda o, missiyanın nəticələrinə əsasən təklif olunan qərarların balanslaşdırılmış və adekvat olduğunu bəyan edib. “Missiyaya, yardım təklifinə gəlincə, məqamlardan biri missiyanın sərhədə göndərilməsi idi. Tərkib, müddətlər, 2 ay, vəzifələr və mandat göstərilib. Missiyanın əsas məqsədi yerlərdə vəziyyəti öyrənmək və təkliflər hazırlamaqdır. Onlar qüvvədə qalır - RA bütün 6 və ya ayrı-ayrı nöqtələr üzrə zəruri hesab edərsə, onlar kifayət qədər tez həyata keçirilə bilər. Öz tərəfimdən hesab edirəm ki, faydalı olardı. Amma bu, təbii ki, Ermənistanın qərarıdır”, - Zas qeyd edib.
Gültəkin Ələsgər