Yeni il münasibətilə dekabrın 27-si Türkmənistanın paytaxtı Aşqabadda azərbaycanlı müğənni Jony (Cahid Əfrail oğlu Hüseynli) ilk dəfə konsert verib.
"Unikal" xəbər verir ki, müğənninin çıxışı zamanı xanım pərəstişkarı səhnəyə çıxaraq onu bərk qucaqlayıb. Belə ki, konserti pozan pərəstişkarı təhlükəsizlik işçiləri tərəfindən səhnədən endirilib. Jony isə konsertinə davam edib.
Sosial mediada həmin qız pərəstişkarın Dövlət Maliyyə İnstitutunun (keçmiş Xalq Təsərrüfatı İnstitutu) 2-ci kurs tələbəsi olduğu, lakin onun nalayiq davranışına görə universitetdən xaric edildiyi və hazırda 15 sutkalıq həbs cəzası çəkdiyi barədə məlumatlar yayılıb.