Yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 50000 manat pul və 30000 manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin 2002-ci il təvəllüdlü oğlu olması müəyyən edilib. O, oğurluq əməlini xüsusi və peşəkar oğrular tərəfindən törədilməsi görüntüsünü yaratmaq, iz itirmək məqsədilə filmlərdə gördüyü metod və vasitələrdən istifadə etməklə törədib. Polisin əməkdaşlarının tutarlı sübutları əsasında o, törətdiyi oğurluq əməlini etiraf edib, talanan pul vəsaitinin bir hissəsini və qızıl əşyalarını gizlətdiyi yerdən çıxararaq istintaqa tədim edib.
O, saxlanılaraq cinayət məsuliyyətə cəlb edilib.
Nərimanov RPİ İstintaq şöbəsində araşdırmalar davam etdirilir.