Naftalanda 64 yaşlı kişi özünü güllələyən sanatoriya sahibi olub.

"Unikal"ın məlumatına görə, özünü güllələyən 1959-cu il təvəllüdlü Firuz Qocayev Naftalan şəhərində fəaliyət göstərən sanatoriyaların birinin sahibi olub.
***

15:30
Naftalan şəhər Polis Şöbəsinə şəhər sakini, 1959-cu il təvəllüdlü Firuz Qocayevin odlu silahdan atəş açılması nəticəsində ölməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Unikal"a bildirib ki, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin məlumata görə, F. Qocayev ov tüfəngi ilə intihar edib. Faktla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir.