Sumqayıt şəhərində 32 nömrəli məktəbə yeni direktor təyin olunub.
"Unikal" xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Fəzilə Mahmudova 32 nömrəli məktəbin direktoru təyin edilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbul müsahibəsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd olunub ki, Mahmudova Fəzilə Ələsgər qızı direktorların işə qəbulu imtahanında uğur qazanaraq Elm və Təhsil Nazirinin müvafiq əmri ilə direktor təyin olunub.
Xatırladaq ki, ötən ilin sentyabr ayında adıçəkilən məktəbin direktor əvəzi Esmira İbrahimova müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısına görə işdən çıxarılıb.
Anar Kəlbiyev