Daim yenilənən oyunları ilə şans oyunu həvəskarlarını sevindirən “Azərlotereya” ASC 2023-cü ildə ilk “Poz-Qazan” oyunu “Şans Yağışı” ani lotereyasını satışa çıxarıb.
"Unikal" xəbər verir ki, uduş fondu 34 milyon manat olan “Şans Yağışı” lotereya biletində 200 000 manat böyük uduş və milyonlarla digər müxtəlif məbləğli pul uduşları şanslı qaliblərini gözləyir.
Oyun qaydalarına gəlincə, lotereya biletinin üzərindəki "üstüörtülü" xanaların qoruyucu səthlərini pozduqdan sonra “UDUŞLU RƏQƏMLƏR” lövhəsində əks olunan rəqəm “RƏQƏMLƏRİNİZ” lövhəsindəki rəqəmlərdən hər hansı biri ilə uyğun gələrsə, bilet uyğun rəqəmin altındakı məbləği qazanır. Eyni hal bir neçə yerdə təkrarlanarsa, uduşlar cəmlənir. “10X” simvolu aşkarlandıqda uduş məbləği 10 qat artır, “pul dəstəsi” simvolu isə 50 (əlli) manat qazandırır.
Eyni zamanda, bilet üzərindəki “BONUS” xanalarında müvafiq olaraq 100, 200 və 500 manat bonus qazanmaq şansı təqdim olunur.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin hazırda satışda olan “Poz-Qazan” biletləri - “10X”, “5X”, “Zümrüd”, “Göz Muncuğu”, “Ani 50”, “Şans Ulduzu”, “Qızıl” və “Tap, Qazan”da müvafiq olaraq 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduş qazanmaq şansı var.
Ani lotereya biletlərini lotereya satış nöqtələri, “Misli” məntəqələri, “Azərpoçt” şöbələri, eləcə də “Nizami”, “Xalqlar Dostluğu”, “Elmlər Akademiyası” və “İnşaatçılar” metrostansiyalarından və “Araz” supermarketlərindəki satış yerlərindən əldə edə bilərsiniz.