NATO-Aİ əməkdaşlığına dair Bəyannamə imzalanacaq.

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 10-da NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen NATO-Aİ əməkdaşlığına dair üçüncü birgə bəyannaməni imzalamaq üçün NATO-nun mənzil-qərargahında görüşəcəklər.