Tuvada həkimlər çox sayda yad cism udan xəstəni xilas ediblər.

"Unikal" xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb

Bildirilir ki, 56 yaşlı yerli sakin tibb müəssisəsinə aparılıb və kompüter tomoqrafiyasına (KT) göndərilib. Ekspertiza onun mədəsində yad cisimlərin olduğunu göstərib.

Xəstə təcili əməliyyata göndərilib və ümumi anesteziya altında endoskopik üsulla qarın boşluğundan 27 alışqan və 1 sikkə çıxarılıb. Əməliyyatdan sonra kişi bu əşyaları nə üçün udduğunu izah etməyib.

Seymur Əli