14.07.2025-ci il tarixində saat 01:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

TƏBİB-dən "Unikal"a bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin hər birinə ilkin zəruri tibbi xidmət göstərilib. 

Xəsarət alanlardan 2 nəfərin  vəziyyəti qənaətbəxş  qiymətləndirilir. Hazırda Təcili tibbi yardım bölməsində müalicələri davam etdirilir. 

2 nəfərə isə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

***

09:08

Qazax şəhərinin mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hərəkətdə olan “VAZ” markalı avtomobillə digər minik maşını toqquşub.

Qəza nəticəsində 4 nəfər – 1979-cu il təvəllüdlü Ə.Nürəddinov, 2005-ci il təvəllüdlü İ.Poladov, 1979-cu il təvəllüdlü F.Əsgərov və 2007-ci il təvəllüdlü X.Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov