Milli Məclisin deputatı Goranboy rayon Goranlı kənd sakini Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid və qazi atası İlqar Əliyevin səhhətində yaranmış problemlə bağlı onu müalicə aldığı akademik A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ziyarət edib.

"Unikal" xəbər verir ki, Anar Məmmədov şəhid atasının səhhəti ilə maraqlanıb.

Deputat həmçinin həmin xəstəxanada müalicə olunan Biləsuvar rayonundan olan şəhid Kənan Rüstəmlinin atası Yalçın Rüstəmova da baş çəkib, onun səhhəti ilə maraqlanıb, şəhidimizin atasına Allahdan şəfa diləyib.