Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7851 nəfər vətəndaşın səfəri təşkil olunub.
"Unikal" xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter"də paylaşım edib.
Bildirilib ki, onlardan 3054 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər isə Füzuliyə səfər edib.
“Yolumuz Qarabağa” marşrutları vasitəsilə təşkil olunan vətəndaş səfərləri zamanı ümumi 123 reys həyata keçirilib. Ümumi sərnişin sayı 4090 nəfər olub.
Xüsusi nümayəndəlik tərəfindən təşkil olunan səfərlərdə isə 3751 nəfər iştirak edib.