Şuşa şəhərinə qar yağıb.

"Unikal" xəbər verir ki, dünən gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü 8-10 santimetrə çatır.

Qar nəqliyyatın hərəkətində heç bir çətinlik yaratmayıb. Yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.