Qar və yağış yağır.

Yanvarın 08-i saat 18:00-a olan məlumata əsasən, Lerik, Yardımlı, Biləsuvar, Neftçala, Salyan, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Zərdab, Göyçay, Yevlax, Mingəçevir, Şabran, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Ağdam, Gədəbəy, Daşkəsən, Göygöldə və Abşeron yarımadasında - Bakı, Sumqayıt, Maştağada qar, Lənkəran və Astarada yağış yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, şimal-şərq küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

10:25

7 yanvar tarixindən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb.

Bunu "Unikal"a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova  bildirib.

O qeyd edib ki, qar örtüyünün hündürlüyü Qrızda 18 sm, Ləzə, Altıağac, Xaltanda 12 sm, Qubada 8 sm, Qusarda 7 sm, Şəki, Lerikdə 5 sm, Qax, Yardımlı, Şabranda 3 sm, Qobustanda 2 sm,  Xınalıq, Qəbələ, Xaçmazda 1 sm qeydə alınıb.

"Düşən yağıntının miqdarı Lənkəran, Astarada 12 mm, Qusarda 11 mm, Altıağac, Qubada 10 mm, Xaltanda 9 mm, Qaxda 6 mm, Qrız, Lerikdə 5 mm, Göytəpə, Yardımlıda 4 mm, Şabran, Göyçay, Şəkidə 3 mm, Sabirabad, Neftçala, Ağdamda 2 mm, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Xınalıq, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Salyan, Hacıqabul,  Biləsuvarda 1 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub".

G.Məmmədovanın sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Daşkəsən, Naftalan, Ağdam, Qəbələ, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Mingəçevirdə 19 m/s, İsmayıllı, Hacıqabul, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.7 metrə çatıb:

"Havanın minimal temperaturu dağlıq rayonlarda 12-16 dərəcə şaxta təşkil edib".