Sosial şəbəkələrdə İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllimin dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən görüntülər yayılıb.
"Unikal" xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.
Mil-Muğan Regional Təhsil İdarəsindən İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib. İdarədən bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir.
"Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb" - deyə qeyd olunub.