Şuşa şəhərin qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılıb.

“Unikal” report-a istinadən xəbər verir ki, şəhərin küçələrinin avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb.

Aidiyyəti qurumlar tərəfindən yollara qum və duz səpilib. Bundan başqa, xüsusi texnikalar vasitəsilə yollar qardan təmizlənib.

Avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub.

Qar səbəbindən elektrik və su təchizatında isə heç bir problem yaşanmayıb.

Qeyd edək ki, ötən gecədən başlayaraq Şuşa şəhərinə qar yağır.