Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Leo Messini heyətində qatmaq istəyir.

"Unikal" xəbər verir ki, Paris təmsilçisi ilə cari mövsümün sonu müqaviləsinin müddəti başa çatan argentinalı ulduza ərəblərdən çılğın təklif gəlib. "Əl-Hilal" 35 yaşlı hücumçuya illik 350 milyon avro ödəməyə hazırdır. Messi bu təklifi qəbul etsə, futbol dünyasında ən çox gəlir əldə edən futbolçu olacaq. 

"Calciomercato"nun xəbərinə görə, Leo Messi bu transferə və alacağı məbləğə müsbət yanaşır.

Qeyd edək ki, PSJ "Əl-Hilal" klubu ilə yoldaşlıq oyunu keçirəcək.