Gənc müğənni Aleyna Tilki son zamanlar səhhətindəki problemlər ilə gündəmə gəlir.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, səs tellərində yaranan problemlərə görə bir müddətdir səhnədən uzaqlaşan Aleyna Tilki mətbuata açıqlama verib.
Belə ki, barəsində "Əməliyyat ola bilər", "Səs telləri iflic olub" kimi yayılan xəbərləri müğənni təkzib edib. O, səhhətindəki bəzi problemlərə görə səhnədən uzaqlaşdığını dilə gətirib.