Yayda evlənəcəyi deyilən məşhur aktyor Çağatay Ulusoyla məşhur aktrisa Duyğu Sarışıkın ayrılıb.

"Unikal" haberler.com-a istinadən xəbər verir ki, ikilinin ayrılması pərəstişkarlarını kədərləndirsə də, Ulusoyun dünən axşam saatlarında Sarıyerdə gecə məkanında İlkin Tüfekçi ilə birlikdə olduğu iddia edilib.

Qeyd edək ki, cütlük 2016-cı ildə çəkilən "İçerde" serialında tanış olublar. Dostluqları qısa zamanda sevgiyə çevrilən məşhurların münasibətlərinin bitmə səbəbi məlum deyil.