Azərbaycanda Media Reyestrinə daxil edilən media subyektlərinin və jurnalistlərin sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
O bildirib ki, Media Reyestrinə daxil olmaq üçün 200-ə yaxın media subyekti müraciət edib. Onlardan 160-a yaxını Media Reyestrinə daxil edilib. Hazırda da bu proses davam edir.
Ə.İsmayılov qeyd edib ki, 180-a yaxın jurnalist isə Media Reyestrinə daxil edilib: “Reyestrə daxil edilmək üçün jurnalistlərin müraciəti isə könüllüdür”.
Anar Kəlbiyev