Neftçala rayonunda içkili kişi qar suyu ilə dolmuş gölməçədə boğulub.
“Unikal” report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Həsənabad qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1974-cü il təvəllüdlü Qasımov Müseyib Rasim oğlu üzü üstdə qar suyu ilə dolmuş gölməçəyə yıxılıb və boğularaq ölüb.
İlkin məlumata görə, o, içkili olub. Meyit muayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.