Bir çox məşhur simaların vaxtilə yer aldığı "Bakı payızı” müsabiqəsi yenidən keçiriləcək.
"Unikal" xəbər verir ki, bu haqda rejissor Sevinc Kərimova sosial şəbəkədə paylaşım edib. 1988-ci ildə müsabiqənin konsepsiyasını yaradan və rejissorluq edən S.Kərimova 2023-cü ildə bunun reallaşacağını vurğulayıb.
2023-cü ildə “Bakı Payızı” pop-art müsabiqəsi beş janrda - müasir vokal, orijinal janr, müasir xoreoqrafiya, estrada və rok qrupları və bəstəkarlar üzrə keçiriləcək. Müsabiqə üçün ərizələrin qəbulu artıq başlayıb.