Türkiyəli aktrisalar Ezgi Mola və Farah Zeynep Abdullahı məhkəməyə verən Musa Orhan bu dəfə Hazal Kayadan şikayətçi olub.
"Unikal" xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edərək məlumat yayıb.
O, "M.Orhan mənə qarşı böhtan iddiası qaldırıb. Belə bir gəlir növü yaranıb" deyə paylaşımında bildirib. Hazal məsələ ilə bağlı rəsmi izahat verdiyini də əlavə edib.
Qeyd edək ki, Orhanın İpek Erin adlı qıza təcavüz etdiyi iddia olunub. Qız bu səbəbdən intihar edib. Bir çox məşhur sima məhkəmə qərarı açıqlanmadan onun ünvanına tənqid və təhqir məzmunlu paylaşımlar edib.