Yunanıstan millisinin sabiq üzvü Konstantinos Mitroqlu futbolçu karyerasını bitirib.
"Unikal" xəbər verir ki, "Aris"dən ayrıldıqdan sonra 34 yaşlı hücumçu iyulun 1-dən klubsuz qalıb. Daha sonra o, Almaniyanın “Rerdt-Şephuizen” həvəskar klubuna keçmişdi.
Qeyd edək ki, Mitroqlu karyerası ərzində PSV, "Qalatasaray", "Benfika", "Marsel", "Fulhem" və "Olimpiakos"da çıxış edib.