Türkiyə "Fənərbağça"sı heyətini yeni futbolçu ilə gücləndirib.
"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi "Antalyaspor"un hücumçusu Haci Raytı transfer edib.
İstanbul klubu bu keçid üçün 7,5 milyon avro təzminat ödəyəcək, həmçinin forvardı Serdar Dursunu Antalya təmsilçisinə verəcək. Hər iki futbolçu yeni komandalarına cari mövsümün sonunda qoşulacaqlar.
Qeyd edək ki, Haci Rayt ABŞ millisinin, Serdar Dursun isə Türkiyə yığmasının üzvüdür.