Türkiyəli məşhur aktrisa Hafsanur Sancaktutanın əvvəlcə dərman içərək, daha sonra biləklərini kəsərək intihara cəhd etdiyini iddia edilib.
"Unikal" xəbər verir ki, bu barədə Beyaz TV ekranlarında yayımlanan "Söylemesem" verilişinin aparıcısı Bircan Bali məlumat yayıb.
Onun sözlərinə görə, həmkarı Deniz Can Aktaşdan ayrılan aktrisa ötən günlərdə intihara cəhd edib.
Bununla yanaşı, aparıcı İnstaqram hesabında anonim paylaşım edərək, "Məşhur aktrisa intihara cəhd edib dərman içib daha sonra da biləklərini kəsib. Hazırda xəstəxanadadır, şükürlər olsun ki, onun həyatını xilas etmək mümkün oldu", - yazıb.
Bununla yanaşı, aktrisanın zəhərlənmə diaqnozu adı altında xəstəxanaya yerləşdirilməsi barəsində xəbərlər yayılıb. Lakin Hafsanur Sancaktutanın sosial şəbəkədə aktiv istifadəsi və yeni fotolar paylaşması iddiaları təkzib edib.
Gülayə Mecid