Dünya şöhrətli müğənni Britni Spirs əri ilə birlikdə Los-Ancelesdəki məkanlardan birində görüntülənib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, şam yeməyinə gələn cütlük pərəstişkarlarının marağına səbəb olub. Belə ki, insanlar amerikalı müğınninin fotosunu çəkməyə başlayıblar. Bundan narahat olan Britni qışqırmağa və fotosunu çəkən insanları təhqir etməyə başlayıb.
Mühafizəçilərinin müşayiəti ilə Britni hesabı ödəmədən məkanı tərk edib. Müğənninin mühafizəçiləri daha sonra restorana geri görüb və hesabı ödəyiblər.
Samirə Bəhramova