İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 53-cü iclası işə başlayıb.
"Unikal" xəbər verir ki, mərasim WEF -in saytında yayımlanıb.
İclasın açılışında WEF-in təsisçisi Klaus Şvab salamlama nitqi ilə çıxış edib və bir sıra mədəniyyət xadimlərinə də “Kristal” mükafatları təqdim olunub.
WEF yanvarın 20-dək davam edəcək. 2023-cü ildə keçiriləcək forumun devizi “Parçalanmış dünyada əməkdaşlıq”dır. Təşkilatçılara görə, bu dəfə Davosa rekord sayda iştirakçı - 2,7 mindən çox insan gələcək. Rusiya nümayəndə heyəti forumda iştirak etmir.
Daha əvvəl, WEF-in saytında, İsveçrədə Davos Forumunun açılışı ərəfəsində , əsas WEF iqtisadçılarının yarıdan çoxunun 2023-cü ildə Avropada resessiya ehtimalının yüksək olduğunu söylədiyi bildirilmişdi.
Bundan əvvəl Bloomberg yanvarın 16-dan 20-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumunda rusiyalı iş adamlarının olmayacağını bildirmişdi .