Türkiyəli aktrisa Miray Daner restoranların  birində sevgilisi Oğulcan Engin və dostları ilə ad gününü qeyd edib.

"Unikal"  xəbər verir ki, 24 yaşı tamam olan aktrisa mətbuata açıqlama verib:

“Dostlarımızla qeyd etməyə gəlmişdik. Hər şey çox yaxşı gedir və layihələrimiz davam edir. Çox yaxşı əhval-ruhiyyədəyik”.

Qeyd edək ki, aktrisanın 24, Enginin isə 32 yaşı var. Engin müğənni Seda Sayanın oğludur.

Samirə Bəhramova