Sivasda yaşayan 65 yaşlı Abdulkadir Bayrak türkiyəli sənətçi Müslüm Gürsəsə bənzərliyi ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, Sivaslı Abdülkadir Bayrak 3 mart 2013-cü ildə dünyasını dəyişən arabesk musiqisinin unudulmaz adlarından olan Müslüm Gürsəsə ( Müslüm ata) bənzərliyi ilə təəccübləndirir.
Belə ki, Bayrak küçəyə çıxanda vətəndaşlar tərəfindən sıx maraqla qarşılanır. Yaşı 7-dən 70-ə kimi hər kəs onunla xatirə şəkli çəkdirir. Ölümündən əvvəl Müslüm Gürseslə görüşdüklərini deyən Bayrak məşhur sənətçinin bir-birinə bənzərliklərinin onu təəccübləndirdiyini bildirib.