İtaliyanın baş naziri Giorgia Meloni Ukraynaya səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski İtaliya televiziyasına müsahibəsində məlumat verib.
Zelenski səfərin nə vaxt baş tutacağını açıqlamayıb: “O, tezliklə gələcək, sizə tarixi deyə bilmərəm, amma tezliklə səfər edəcək”.
Xatırladaq ki, mətbuatda Meloninin 2023-cü ilin əvvəlində Ukraynaya səfər edəcəyi barədə məlumat yayılıb.