Yeni Kaledoniya Fransanın tərkibində ayrıca dövlət olacaq.

"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında yazıb.

Fransa prezidenti qeyd edib ki, rəsmi Paris və Yeni Kaledoniya deputatları müvafiq saziş imzalayıblar. Plan ayrıca vətəndaşlığın tətbiqini və beynəlxalq siyasətdə səlahiyyətlərin genişləndirilməsini nəzərdə tutur. Sənəd hələ də Fransa parlamenti tərəfindən təsdiqlənməlidir və 2026-cı ildə Yeni Kaledoniyada keçiriləcək referenduma təqdim ediləcək.

Hazırda ərazi Fransanın xarici ərazisi statusuna malikdir. Parisdən 17 min km məsafədə yerləşir.