Koreya dramlarının ən məşhur aktyorlarından biri olan Na Çul 36 yaşında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bir müddətdir səhhətində problem yaşayan aktyorun dəfn mərasimi yanvarın 23-də keçiriləcək.

"Vinçenzo", "Zəif Qəhrəman Sinif 1" və "Xoşbəxtlik" kimi televiziya şouları ilə tanınan Cənubi Koreyalı Na Çulun qəfil ölümü pərəstişkarlarını şoka salıb.

Gənc aktyorun ölümünün dəqiq səbəbi bilinməsə də, onun səhhətinin pisləşməsi səbəbindən müalicə alarkən dünyasını dəyişdiyi bildirilir.